Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıtda humanitar yardım kampaniyası davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhəri də kampaniyada fəal iştirak edir. Şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb. Sumqayıtlılar tərəfindən könüllü şəkildə gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.
Sumqayıt şəhəri tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 konteyner evlərin zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur.
Bu gün həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, 230 min manat dəyərində olan, 16 tona yaxın, humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınacaq.
Kampaniya hazırda davam edir.
Qeyd edək ki, qarşıdakı günlərdə Sumqayıt şəhərindən 500 min manatlıq, ümumi çəkisi 75 ton olan humanitar yardım 11 TIR-la qardaş ölkəyə yola salınacaq.
13:24
Neftçala və Salyan rayonundan qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə 25 tonluq yardım göndərilib.
“Report”un Aran bürosunun məlumatına görə, bu gün Neftçala rayonundan Türkiyədə zərərçəkənlərə dəstək məqsədi ilə isti geyimlər, yorğan-döşək, generator və digər lazım olan əşyalar TIR maşınına yüklənib.
Sonra Salyana gələn həmin yük maşınına əlavə olaraq dərman preparatları, quru qida məhsulları, yorğan-döşək, isti geyimlər yüklənib.
Neftçala və Salyandan zəlzələdən zərər çəkənlərə ümumilikdə 25 tonluq yardım yola salınıb.