Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının turizm sektoru inkişaf etdiriləcək.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, fevralın 2-də Mədəniyyət və Turizm Nazirliyində şimal-qərb dəhlizi üzrə turizmin inkişafı layihəsinin həyata keçirilməsi müzakirə olunub. Layihədə şimal-qərb dəhlizinə (Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) daxil olan şəhərlərdə yeni turizm məhsullarının yaradılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, turizmlə birbaşa və dolayısı ilə bağlı olan kiçik və orta sahibkarların dəstəklənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, qabaqcıl marketinq tədbirləri ilə bölgədə turizmin kompleks şəkildə inkişafı nəzərdə tutulub.
Qeyd edək ki, layihə Dünya Bankı tərəfindən hazırlanıb.