Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın bölgələri güclü yağışdan sonra
Ölkə ərazisində davam edən yağıntılı hava şəraiti müxtəlif regionlarda fəsadlara yol açıb.
Oxu.Az xəbər verir ki, avtomobil yollarına yağış suyunun dolması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, qəzaların baş verməsinə səbəb olub.
Sumqayıt şəhərində yolun qazıldığından xəbərsiz olan bəzi sürücülər yağış suyunun dolduğu çuxurlara düşüblər.
Abşeron rayonu, Qobustan qəsəbəsi ərazisində yağış suyu fərdi yaşayış evlərinin, Xırdalan şəhərində bəzi binaların həyətlərinə dolub, Güzdək qəsəbəsində isə kanal daşıb.
Həmçinin yağışın aramsız yağması bəzi yolların çökməsinə gətirib çıxarıb. Belə ki, Qəbələ - İsmayıllı yolunun çökməsi sürücülərin yolda qalmasına səbəb olub.
Siyəzən rayonunun Balaca və Böyük Həmyə kəndlərindən, Xızı rayonu Giləzi qəsəbəsindən sel keçib, Bakı-Quba yolunda yaranan göl isə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Aygün Mirakif
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Bataqlığa dönən kəndin sakinləri yaşadıqları vəziyyəti danışdılar: "Belə müsibət görməmişdik"
- Lökbatanda acınacaqlı vəziyyət: Görüntülər fəlakət filmlərindən kadrları xatırladır
- Eldar Əzizov: "Qırılan ağacların yerinə yeniləri əkiləcək"
- BŞİH rəhbəri: "Yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi"
- BŞİH rəhbəri: "Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun"