Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın daha bir rayonunda bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Zərdabda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Belə ki, sözügedən rayonda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 2,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, qurum daha öncə Neftçala, Saatlı və Salyanda da əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq işlərə başlayıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Sabah ölkə üzrə bütün pensiyalar ikiaylıq artımla ödəniləcək
- Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apardı - 26 min manatdan çox vəsait işçilərə ödənildi
- "Medera Hospital" və daha səkkiz şirkət əmək hüquqlarını pozub - Məhkəməyə müraciət edildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür
- Ötən ay altı uşaq övladlığa götürülüb, ikisi isə himayədar ailəyə verilib