Azərbaycanın Milli Qəhrəmanı, ehtiyyatda olan zabit, polkovnik Eldar Ağayev qəflətən dünyasını dəyişib.
SalamNews-un məlumatına görə, bu barədə “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov məlumat verib.
O deyib ki, mərhum uzun illər Xüsusi Təyinatlı Hərbi Hissənin komandiri olub. Atəşkəsdən sonra Pedaqoji Universitetdə hərbi kafedranın rəisi olub. Bir müddət Pentinsiar Xidmətdə çalışıb. Qarabağ savaşında böyük xidmətləri olub.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ağayev Eldar Əsgər oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Allah rəhmət eləsin!
www.salamnews.org
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin