Azərbaycanın paytaxtında hərəkət edən avtobuslarda kameraların quraşdırılmasına başlanılıb. APA TV-nin məlumatına görə, artıq paytaxt Bakıya gətirilmiş 200-ə yaxın avtobusa müşahidə kameraları quraşdırılıb.
“Məsələn, cibgir və yaxud digər cinayətkarın aşkarlanması üçün ekspertizada çəkilmiş kadrlardan istifadə edilə bilər. Bu, bütün dünyada tətbiq olunan təcrübədir”.
Pilot layihəyə hazırda 28 May metro stansiyası yaxınlığından Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən 136 saylı avtobusda quraşdırılıb.
Avtobusun sürücüsü Tahir Qafarovun sözlərinə görə, kameranın quraşdırılmasından sonra sərnişinlərlə sürücü arasında baş verən mübahisələrə də son qoyulub.
Bundan başqa, paytaxtda avtobuslarda taxoqraf cihazlarının quraşdırılmasına da başlanılıb.
Taxoqrafın işləmə mexanizmi ondan ibarətdir ki, maşın işə düşən kimi, aparat avtomobili kimin və nə zaman işə salınması, sürücünün saatda hansı sürətlə hərəkət etməsi və dayanacaqlarda nə qədər dayanması barədə qeydlər aparmağa başlayır.
http://apa.tv/video/528
www.apa.tv
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin