Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş ”Yurdum” adlı yeni videoçarx lentə alınıb.
Oxu.Az xəbər verir ki, Bakı 2015 İlk Avropa Oyunlarına həsr olunmuş yeni videoçarxın təqdimatı Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün olub.
Film yalnız böyük mədəni və tarixi irs, sürətli inkişaf, tolerantlıq, milli mətbəx, incəsənət və Azərbaycan həyat palitrasının müxtəlif rəngləri haqqında deyil, eyni zamanda mənim, sənin, bizim, Azərbaycanımızın ruhu haqqındadır.
Görüntülər Bakı Media Mərkəzi tərəfindən çəkilib.
Elvin Əhmədov
www.oxu.az