Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanın təbiət möcüzəsi - Batabat gölü
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində əsrarəngiz bir göl var. Ona təbiətin möcüzəsi də demək olar. Söhbət şirinsulu göl olan Batabatdan gedir. Batabat uçqun və sürüşmədən yaranan bənd gölüdür və Şahbuz Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Oxu.Az xatırladır ki, Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səviyyəsindən 2 424 m yüksəklikdə, mənzərəli Alp çəmənliklərinin əhatəsində yerləşir.
16 hektar sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineral tərkibli bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkrarsız kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından, eləcə də xaricdən turistləri özünə cəlb edir.
Batabatın gözəl mənzərələrini PhotoStock.az-ın fotoreportajında izləyə bilərsiniz:
Daha çox foto burada: PhotoStock.Az
Rəylər