Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində batan gəminin ekipajı Sahil Mühafizəsi qruplarının sürətli müdaxiləsi sayəsində xilas edilib.
Xilasetmə görüntülərini təqdim edirik:
Qeyd edək ki, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub.
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisinin batdığı iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, "Cunda" şirkətinə məxsus, Palau bayrağı altında üzən "Svetoslava" adlı quru yük gəmisi gecə saatlarında Türkiyənin Samsun limanından Moldovanın Curculesti limanına gedərkən naməlum şəraitdə batıb.
Məlumata görə, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub. Sahil təhlükəsizlik qüvvələrinin vaxtında köməyə çatması nəticəsində gəmidə olanların hamısı xilas olunub.
Həmçinin, xilas edilən dənizçilərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin qənaətbəxş olduğu qeyd edilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.