Bu ilin altı ayı ərzində Belarusda yeddi şəxs qaçqın statusu alıb. Onlardan beşi Əfqanıstan, ikisi Livan və Suriyadandır.
Oxu.Az Belarus KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarusun Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Belarusda yarım il ərzində qaçqın statusu üçün 599 nəfər müraciət edib ki, onların arasında bir nəfər Azərbaycandandır.
Xatırladaq ki, Belarusda xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusu, əlavə və ya müvəqqəti müdafiə, siyasi sığınacaq verilir.
Qeyd olunur ki, 1997-ci ildən etibarən Belarusda 910 şəxs qaçqın statusu alıb. Onlardan 30-u Azərbaycandandır.