İraq ordusu hərbi əməliyyatlar nəticəsində Mosulun İŞİD-dən azad edilməsi gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib.
Oxu.Az xəbər verir ki, “Space” televiziyasının Türkiyədəki xüsusi müxbiri Vüsalə Abbasova İraqın Ərbil və Mosul şəhərlərində olub, döyüşlərin getdiyi ərazilərdə çəkilişlər edib.
“Space”in İraqa ezam olunmuş heyəti hərbi əməliyyatları da lentə alır. Qeyd edək ki, son illər Mosuldan dünyanın bir neçə ən nüfuzlu kütləvi informasiya vasitəsi ancaq epizodik çəkilişlər edə bilib, təhlükəsizlik işləri ilə əlaqədar həmin ərazilərə jurnalistlərin buraxılmasında məhdudiyyətlər var.
Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.
E.Ə.
www.oxu.az