Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də Marka şöbəsi yaradılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaradılan yeni şöbədə müdir vəzifəsinə Sitarə Sadıqova təyin edilib.

Sitarə Sadıqova 2019-cu ildən “Azərmarka” MMC-də marketinq və satış şöbəsinin müdiri, daha sonra şirkətin direktor müavini işləyib.
Könül Cəfərli