Baku TV-də yayımlanan “Qapqara” verilişinin növbəti qonağı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu olub.
O, verilişdə Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsi ilə bağlı tənqidlərə münasibət bildirib.
“Elza Seyidcahan gedib faşist partiyasına, yaxud təbiəti məhv edənlər cəmiyyətinə üzv olmayıb ki. Əlinə qələm alıb, özünü şeirlə ifadə edir”, – deyə şair söyləyib.
B.Vəziroğlu cəmiyyətdəki rüşvət problemindən də danışıb:
“Rüşvət verən olmasa, alan da olmaz. Biz rüşvət verməyə adam axtarırıq. “Filan yerdə adamın yoxdur ki?” ən məşhur ifadələrdən biridir”.
Daha ətraflı süjetdə:
Baba Vəziroğlu şeirlərini bilmədiyi Elza Seyidcahanı müdafiə etdi - VİDEO