Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bağçada uşağı döyən müəllim işdən azad olundu
Bakının "Orbita" uşaq bağçasında uşaqlara fiziki zorakılıq tətbiq edilməsi barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülərdən sonra bağça rəhbərliyi məsələyə dərhal müdaxilə edərək araşdırma aparıb.
Araşdırma nəticəsində uşaqlara zorakılıq tətbiq edən müəllim Diana Maksimovna Bahəddinova işdən azad olunub. Bundan əlavə, bağçanın digər məsul şəxsləri barədə də intizam tədbirləri görülüb.
Bağça rəhbərliyi hadisə ilə əlaqədar dərin təəssüf hissi keçirdiyini bildirib və belə halların təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq göstərişlər verib.
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Azərbaycanda idman müəlliminin tələbəsinə zorakılıq etdiyi iddia olunur: Döyüb xəstəxanalıq etdilər
- "TuranBank" uşaq sığınacağındakı gənc qızlara dəstək olub
- Türkiyədə ailəsi tərəfindən öldürülən Narin Güranın son arzusu məlum oldu: Qardaşından nə istəyib?
- Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ananın FOTOLARI
- Övladını naqillə döyən qadın tapıldı