Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 24 noyabr tarixində əlavə qatar reysləri təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Qeyd olunur ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

"Bakı-Ağstafa-Bakı qatarları" teqi üzrə xəbərlər
- Azərbaycanda qatarların sürət həddi endirildi
- Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Qatar biletləri bahalaşıb? - ADY-dən AÇIQLAMA