Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı Dövlət Universitetinin sabiq prorektoru vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDU-nun dosenti Fikrət Şiriyev paylaşım edib.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub.
BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra milli təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə layiq görülüb. O, 2005-2014-ci illərə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar