Mayın 31-də saat 09:15-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobili Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qəfil yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb. Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.
Hadisə nəticəsində 1992-ci təvəllüdlü Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Südabə Əmirullayeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə daxil olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, KİA markalı avtomobil idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər həyatını itirib, bir nəfər xəsarət alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Aləmdə Nəsib