Bu gün Laçının Bəylik kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Bununla bağlı Oxu.Az "Report"a istinadən məlumat verir.
Mayın 31-də doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə ümumilikdə 89 ailə (363 nəfər) köçürülüb.
Bakının Qaradağ rayonundan Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülür.
Daha çox foto burada: PhotoStock.az
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, Laçın rayonunun Bəylik kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülür.
Onlardan Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda məskunlaşan yeddi ailə (27 nəfər) Qaradağ rayonu Lökbatan qəsəbəsindən, Ağcabədi, Bərdə, İsmayıllı, İmişli və Beyləqan rayonlarında məskunlaşmış 31 ailə (126 nəfər) isə Füzuli rayonunun Əhmədbəyli kəndindən doğma yurdlarına yola salınacaq.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Rövşən Əsədov