Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.
Belə ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur.
Landmine explosion hits civilians in Azerbaijan two days in a row. #Armenia’s indiscriminate planting of landmines since the 1990s, including post-2020-war, continues to kill and maim Azerbaijanis, with 3️⃣9️⃣7️⃣ victims since 2020.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 31, 2025
These heinous acts, targeting, among others,… pic.twitter.com/JH16l67b3B