Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı-Gəncə qatarlarında gediş haqqı iki dəfə azaldıldı
Bakı-Gəncə-Bakı qatarlarında biznes yerlərdə gediş haqqı 50 faiz endirilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Endirim kampaniyası martın 17-dən 31-dək olan tarixi əhatə edəcək. Belə ki, qatarın biznes yerlərinə Bakı-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manat yox, 25 manat olub.
Standart və Birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılıb.
Bundan başqa, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilib.
Qatar Bakıdan saat 09:45-də yola düşəcək, Gəncəyə 14:00-da çatacaq.
İlhamə Əbülfət
Rəylər