Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı Limanı ağacəkmə aksiyası keçirib – FOTO
Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi münasibəti ilə Bakı Limanı ağacəkmə aksiyası keçirib.
Oxu.Az-a daxil olan məlumata görə, bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi münasibəti ilə Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirib.
Baş tutan ekoloji aksiyaya limanın rəhbərliyi və 200-ə yaxın əməkdaşı qatılıb. Aksiya nəticəsində Ələtdə tikilməkdə olan yeni Bakı Limanının ərazisində 600-ə qədər şam və zeytun ağacı əkilib.
Qeyd edək ki, bu aksiya, həmçinin Bakı Limanının ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq limanı dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir.
Belə ki, Bakı Limanı bu məqsədə nail olmaq üçün enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət, eləcə də dayanıqlı biznes təcrübələrini inkişaf etdirərək Liman ərazisində tətbiq etməyi planlaşdırır.
Bundan başqa, Bakı Limanının şərq və qərb hissələrində sahil boyunca yaşıl zonalar yaradılması planlaşdırılır. Xatırladaq ki, Bakı Limanı hal-hazırda BMT-nin İnkişaf Proqramı ilə birgə bu istiqamətdə işlər görməkdədir və Yaşıl Liman statusu alındıqdan sonra Bakı Limanı MDB məkanında bu statusu alan yeganə liman olacaq.
"Bakı" teqi üzrə xəbərlər
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ