Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Bakı Metropoliteni"ndə yüksək vəzifələrə TƏYİNATLAR
"Bakı Metropoliteni" QSC-də dörd yüksək vəzifəyə təyinatlar olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qurumun Hüquq departamentində şöbə rəisi Babək İsmayılov vəzifəsindən azad edilib. O, Hüquq departamentinin rəis müavini vəzifəsinə təyin olunub.
Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi isə Kənan Quliyevə həvalə edilib. Kənan Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.
Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.
Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub.
Aygün Mirakif
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- "28 May" metrostansiyasında qatarda nasazılıq YARANDI
- "Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri İŞDƏN ÇIXDI
- "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib
- Bakıda metronun qarşısında qeyri-etik hərəkətlər edən şəxs HƏBS OLUNDU
- "Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi