Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri İŞDƏN ÇIXDI
"Bakı Metropoliteni" QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, öz sosial media hesabında paylaşım edib.
Lalə Babayeva paylaşımda qeyd edib ki, tutduğu vəzifədən ayrılmaq üçün bir ay əvvəl ərizə yazıb:
"Bu gündən Bakı metrosunda işdən çıxdım və yaxınlarım bunu çoxdan bilirdilər, çünki ərizəni bir ay əvvəl və öz istəyimlə yazmışdım. Mənim həyatda başqa planlarım və məqsədlərim var", - deyə o paylaşımda qeyd edib.
Xatırladaq ki, altı il əvvəl L.Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə, sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı.
Belə ki, şərhlərindən birində "ças pik" sözünü yanlış yazanlara eyham vuraraq bildirmişdi: "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı". Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını deyərək, üzr istəmişdi.
Lalə Babayeva 2014-2015-ci illərdə "Bakı Metropoliteni" QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z.Babayev əvvəllər "Bakıelektrikşəbəkə" ASC-də çalışıb. O, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə işləyib və yaxın dostluqları ilə tanınırlar.
Qeyd edək ki, L.Babayevanın işdən çıxması ilə bağlı ilk xəbəri "Qaynarinfo" yayıb.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib
- Bakıda metronun qarşısında qeyri-etik hərəkətlər edən şəxs HƏBS OLUNDU
- "Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi
- Bakı Metropolitenində yüksək vəzifəyə TƏYİNAT
- 4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ