Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır - TƏKLİF
Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planının hazırlanması təklif olunur.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, təhsil müəssisələrində zorakılığa məruz qalmış uşaqlara zəruri dəstəyin göstərilməsi, onların yenidən qurbana çevrilməsinin qarşısının alınması üçün preventiv və dəstəkləyici mexanizmin tətbiqi vacibdir. Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalı, uşağın psixoloji vəziyyəti və inkişafı qiymətləndirilərək müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır. Ümumilikdə, təhsilverənlərə münasibətdə tədris prosesinin mütəmadi monitorinqinin aparılması, onların şagirdlərlə davranış qaydaları istiqamətində maarifləndirilməsi, məktəblərin valideynlərlə əlaqələrinin gücləndirilməsi zəruridir. Bununla yanaşı, məktəb psixoloqlarının sayının artırılması, onların bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində tədbirlər də həyata keçirilməlidir.
Həmçinin təhsil müəssisələrində psixoloji zorakılığın ağır nəticələrə səbəb ola biləcəyini, habelə təhsildən yayınma hallarının erkən evliliyə, məcburi əməyə və digər hüquq pozuntuları ilə nəticələnə biləcəyini nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi ilə fiziki şəxslərə və vəzifəli şəxslərə münasibətdə nəzərdə tutulmuş sanksiyaların sərtləşdirilməsi təklif edilir.
Bundan başqa, bildirilib ki, həmin maddənin dispozisiyasında qeyd olunan əməllərin məzmunu nəzərə alınaraq, 181.0.1, 181.0.2 və 181.0.3-ci yarımbəndlərin ayrıca bir maddədə komplektləşdirilməsi də məqsədəmüvafiqdir.
Mərahim Nəsib
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Azərbaycanda ana azyaşlı qızını naqillə döyürmüş: Qadının kimliyi məlum oldu
- Azərbaycanda anasının sanitar qovşağa ataraq öldürməyə çalışdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI
- İranda polis beş yaşlı uşağı öldürüb: Hamilə anası da güllələnib
- Çində 17 uşağı qaçırıb satan qadın EDAM EDİLDİ
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu