Oxu.Az saytı yeni layihəyə start verib. "Oxucu soruşur" layihəsinin ilk qonağı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədovdur.
Qurum rəsmisi sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropoliteninin stansiyalarının sərnişin daşımağa hazırlıq prosesi, xətlərin ayrılması layihəsi çərçivəsində sərnişindaşımada yaranan problemlərin aradan qaldırılması üçün atılacaq addımlar, 2030-cu ilə qədər Bakıda daha 10 stansiyanın tikilərək istifadəyə verilməsi prosesi və digər məsələlərlə bağlı oxucuların suallarını cavablandırıb. Bununla yanaşı, Bakı metropoliteninin stansiyalarında təhlükəsizlik tədbirləri, yeni stansiyaların fəaliyyətə başlamasından sonra paytaxtın sərnişindaşıma sahəsindəki yeniliklər, metro stansiyalarında yeni sistemlərin tətbiqi, yeni nəsil qatarların alınması, yeraltı nəqliyyatda sərnişinlərin rahatlığı üçün atılan addımlar da qonağımızla müzakirə olunub.
Verilişi təqdim edirik: