Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Quba rayonu, Nügədi kənd sakini, 1990-cı il təvəllüdlü Təbriz Cümşüd oğlu idarə etdiyi “BMW” markalı, 99-FT-130 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı piyada - Yardımlı rayon sakini Cəmil Nəcəfovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli