Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı-Quba yolunun kənarındakı kafedə antisanitar vəziyyət - Nazirlikdən AÇIQLAMA + VİDEO
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Beşbarmaq dağı yaxınlığındakı kafelərdən birində antisanitar vəziyyət hökm sürür. Belə ki, həmin kafedə tullanılar ətraf əraziyə atılır.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
“Xaçmaza tədbirə gedərkən yolüstü Beşbarmaq dağı tərəfdə kafelərdən birində bir stəkan çay içmək istədik. Oturmaq üçün kafenin arxa həyətinə keçdik və bu mənzərə ilə qarşılaşdıq”, - deyə paylaşımda qeyd olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında yerli ekologiya idarəsinə məlumat verildiyini və məsələnin araşdırıldığını bildirib.
Həmin görüntüləri təqdim edirik:
Sayad Həsənli
"İradə İbrahimova" teqi üzrə xəbərlər
- Nazirlikdən çimərliklərə gedənlərə ÇAĞIRIŞ
- ETSN sözçüsü: "Xəbərdarlıqları izləməyi unutmayın"
- ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
- Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” - SORĞU + FOTO
- Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + VİDEO
Rəylər