52 il əvvəl istehsal edilib, amma hələ də işlək vəziyyətdədir.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, radio hazırda paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan Məhərrəm Məcidov tərəfindən qorunub saxlanılır.
Sahibi deyir ki, bu cihaz ona atasından qalıb. Qiyməti isə bilinmir.
Emalatxanada qorunub saxlanılan digər cihazlar isə 1973-cü ildə istehsal edilən maqnitafon və 1965-ci ilin bu kiçik radiosudur. Bunlar da işlək vəziyyətdədir. Lakin kiçik radio müasir dalğaları tuta bilmir.
Məhərrəm Məcidov bildirir ki, indiyə kimi bu radionu satmaq fikri olmayıb. O, radionu hətta avtomobillə dəyişə biləcəyini deyir.
S.B.
www.oxu.az