Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda 3 bal gücündə zəlzələ baş verib
Azərbaycanın Qərb və şimal-qərb bölgəsində - sərhəd rayonlarında təxminən 3 bal gücündə zəlzələ olub.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, yeraltı təkanlar saat 22:30 radələrində respublikamızın Qərb bölgəsində yerləşən bir sıra şəhər və rayonlarda qeydə alınıb.
Zəlzələ əsasən Tovuz, Qazax, Daşkəsən, Goranboy, Şəmkir, Ağstafa və Göygöl rayonlarında, habelə Gəncə şəhəri ərazisində hiss edilib. Qazax rayonunda bəzi yaşayış binalarının sakinləri evlərini tərk ediblər.
Hələlik dağıntı barədə hər hansı məlumat yoxdur.
Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Qazaxdan 52 kilometr şimal-şərq istiqamətində Gürcüstan ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
S.B.
www.oxu.az