Kənd təsərrüfatı texnikası daşıyan evakuator Bakı-Quba avtomobil yolunun dəmir yol körpüsünün altından keçən 10-cu kilometrliyində hərəkətdə olarkən, daşınan yük körpünün konstruksiyasına toxunduğu üçün dayandırılıb.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 13-ü saat 16:00-da qeydə alınıb:
"Əraziyə cəlb olunan Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən problem qısa müddətdə aradan qaldırılıb. Zəruri təhlükəsizlik tədbirləri görülməklə, yolda nəqliyyatın intensiv hərəkəti təmin edilib".
Bakı-Sumqayıt avtomobil yolunda evakuator körpüyə ilişib qalıb.
Oxu.Az xəbər verir ki, iki kənd təsərrüfatı texnikası daşıyan evakuatorun sürücüsü körpünün yoldan hündürlüyünü nəzərə almayıb.
Hadisə yerində hündürlük məhdudiyyətini bildirən yol nişanının olmasına baxmayaraq, sürücü körpünün altından keçməyə cəhd edib, amma orada ilişərək qalıb. Nəticədə, yolda nəqliyyatın hərəkətində çətinlik yaşanıb, sıxlıq yaranıb.
Hadisə yerindən görüntünü təqdim edirik: