Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda zəhərlənən ailə ilə bağlı açıqlama yayıb.
AQTA-dan Oxu.Az-a verilən xəbərə görə, dekabrın 1-də Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Ağayev küçəsi, ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.
Bununla əlaqədar agentliyin əməkdaşları tərəfindən Nizami rayon Məhkəmə Tibbi Ekspertiza Birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb. Həmçinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.
Agentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzdə aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olub.
İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksigen terapiya və medikamentoz müalicə təyin edilib.
Zərərçəkənlərdən götürülmüş qan nümunələrində dəm qazının miqdarı normadan artıq olduğu müəyyən edilib. Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb.
11:31
Bakıda bir ailənin üç üzvü qidadan zəhərləniblər.
Oxu.Az-ın məlumatına görə, 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu zəhərlənmədən sonra evdə vəfat edib.
Ailənin digər üzvləri Mərdanov Murad Əsgər oğlu və Mərdanova Məlahət Çingiz qızı zəhərlənmə diaqnozu ilə Təcili Yardımla xəstəxanaya yerləşdirilib. Onlar iki saat xəstəxanada qalıb, sistem qoşulub və evə buraxılıblar.
Hadisə barədə Prokurorluqda araşdırma aparılır.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!