Bakıda məhkum intihar edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan həbsxanasında qeydə alınıb.
Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş
Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.
11:28
Qobustan Qapalı Həbsxanasında cəza çəkən dustaq intihar edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Elşad Rəhimov özünü kamerada mələfə ilə asıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
E.Ə.
www.oxu.az