Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda 63 yaşlı kişi intihar edib
Yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonunun 63 yaşlı sakini intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gün saat 16:00-da Namiq Hüseyn oğlu Əbdülov Türkan qəsəbəsi, Firdovsi küçəsində yaşadığı evin qarşısında özünü asıb.
Onun intihar etməsinə səbəbin oğlunun böyük məbləğdə borca düşməsinin olduğu deyilir.
Belə ki, N.Əbdülovun oğlunun işlədiyi marketdə hesablaşma zamanı yaranan əskiklikdən dolayı 9 min manat məbləğində borcu yaranıb. Market müdiri oğlandan 3 min manat alıb. Lakin daha sonra müdir oğlandan 6 min manat tələb etmək əvəzinə 9 min manatı aybaay ödənişlər formasında göndərməsini istəyib.
Tələb olunan bu borcu oğlunun ödəyə bilməyəcəyindən qəhərlənən Namiq Əbdülov çarəni intihar etməkdə tapıb.
"İntihar hadisəsi" teqi üzrə xəbərlər
- Zaqatalada DƏHŞƏT: gənc oğlan özünü fındıq ağacından ASDI
- Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA
- Bakıda məktəbli qızın özünü binadan atması ilə bağlı RƏSMİ AÇIQLAMA
- İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi
- Uşaqları ölümlərə sürükləyən oyunlar: Onlara məhdudiyyət qoyula bilər?
Rəylər