Avqustun 18-də təxminən 10:00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
1933-cü il təvəllüdlü Səfərova Gülvər Cəlal qızı şəxsi evinin həyətində özünü asıb.
Qadının özünü baş yaylığının köməyi ilə asdığı bildirilir. Hal-hazırda prokurorluq intiharın səbəblərini müəyyənləşdirir.
Səfərovanın intiharına səbəbin tənhalığı olduğu ehtimal edilir.