Mingəçevir şəhərinin içməli su təchizatı və kanalzasiya sistemi yenidən qurulur.
“Azərsu” ASC-dən Oxu.Az-a verilən məlumata görə, bu şəhərdə sutəmizləyici qurğunun inşasının birinci mərhələsi yekunlaşıb.
“Azərsu” bildirib ki, ikinci mərhələ yekunlaşdıqdan sonra, Mingəçevir şəhəri ilə yanaşı, Yevlaxda bu mənbədən içməli su ilə təmin ediləcək.
Bundan əlavə, şəhərdə kanalzasiya nasos stansiyasının tikilməsi ilə əlaqədar Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Ülviyyə R. Əli
www.oxu.az