Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda aramsız LEYSAN OLACAQ: Güclü külək əsəcək - 16.04.2025
Azərbaycan ərazisində aprelin 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir.
Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

"Hava proqnozu" teqi üzrə xəbərlər
- Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- Paytaxtda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq - 28.04.2025
- Bəzi rayonlarda külək əsib, arabir şimşək çaxıb – FAKTİKİ HAVA
- Azərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
- Sabah 29 dərəcə isti olacaq