Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hulusi Akar: "Qarabağ zəfəri türk dünyası üçün qürurdur"
"Bu gün regionlarda gərginliklərin artdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik. Bu baxımdan, belə tədbirlərin keçirilməsi olduqca vacibdir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O bildirib ki, təhdidlər təkcə hərbi deyil, həm də iqtisadi, iqlim dəyişiklikləri problemləri yaradıb:
"Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır. Milli təhlükəsizliyin qorunması güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı olmalıyıq, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik".
Mərahim Nəsib
"Türkiyə Böyük Millət Məclisi" teqi üzrə xəbərlər
- Zakir Həsənov Hulusi Akarı qəbul edib
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
- "Azərbaycan və Ermənistan arasında sülh regional əməkdaşlığın güclənməsinə böyük töhfə verə bilər"
- Türkiyə üçün yeni mərhələ - PKK terror təşkilatı ləğv edilir?