Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nifrət zəminində vandalizm aktı: Uotfordda onlarla müsəlman məzarı dağıdılıb
Böyük Britaniyada vandallar müsəlmanlara aid onlarla qəbri dağıdıblar.
Oxu.Az-ın "Daily Mail"ə istinadla məlumatına görə, hadisə Uotforddakı qəbiristanlığın müsəlman hissəsində baş verib.
Bildirilib ki, məzarların çoxu uşaqlara məxsusdur.
"Uotford qəbiristanlığında islamofobiya zəminində cinayət nəticəsində vandallar tərəfindən zədələnmiş müsəlmanlara aid azı 85 məzar arasında uşaq və körpə qəbirləri var", - deyə mənbədən vurğulanıb.
Böyük Britaniya polisi qəbirlərin təhqir edilməsi faktı üzrə araşdırmaya başlayıb.
"İslamofobiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar