Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda atmosferi çirkləndirən şadlıq saraylarının adları açıqlandı
İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə ETSN-in obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoran və şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq.
Oxu.Az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, nazirlik bir müddət əvvəl ictimai iaşə obyektləri, şadlıq evləri, restoran sahiblərinə xəbərdarlıq etmişdi:
“Xəbərdarlıqda atmosferə atılan tüstü axınına görə obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması üçün vaxt verilmişdi. Xəbərdarlığın müddəti başa çatdığından, yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən “Xəmsə”, “Oskar”, “Oazis”, “Millenium”, “Sonalar sonası”, “Xan qızı”, “Dan ulduzu” və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq”.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib