Bakıda Həsən Əliyev küçəsində yol nişanının qarşısını kəsən ağacın budaqları budanıb.
Məlumat Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.
"Artıq ərazi təmizlənib. Həmçinin bildiririk ki, nişanların qarşısı budaqlarla örtüldüyü zaman onlara həmin nişanın balansdaşıyıcısı tərəfindən rəsmi müraciət daxil olmalıdır. Buna baxmayaraq, birliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və belə hallar aşkarlandıqda aradan qaldırılır", - deyə məlumatda bildirilir.


Bakıda avtobus dayanacağı nişanının görünməməsi sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, Həsən Əliyev küçəsi, 164A ünvanında, 1 saylı ASAN xidmətin yaxınlığında yerləşən avtobus dayanacağında ağacın budaqları nişanın üzərini örtüb. Bu səbəbdən dayanacaq nişanını görmək çətinləşib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.