Gecə saatlarında Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Hadisə zamanı “Daewoo” markalı sərnişin avtobusu ilə “Hyundai” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yol kənarındakı daş hasara çırpılıb.
Hadisə zamanı ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.
Samir İsayev