Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda avtobus xüsusi zolaqdan çıxaraq təhlükəli vəziyyət YARADIB
197 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus xüsusi ayrılmış zolaqdan çıxaraq təhlükəli ötmə edib.
Oxu.Az xəbər verir ki, sözügedən hadisə sürücülərdən birinin avtomobilinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məsələ ilə bağlı AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar:
"Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında qeyd edib ki, videogörüntü ilə bağlı hazırda araşdırma aparılır. "Avtobus sürücüsü müəyyən olunaraq, barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".
Aygün Mirakif
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Avtobuslarda sərnişinlərin həyatını təhlükəyə atan İNSİDENTLƏR
- Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
- Bakıda iki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
- Bakı yollarında müəmmalı kameralar: KİM NƏYİ ÇƏKİR?
- AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"