Ötən şənbə Bakının Səbail rayonunda ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Stefan Qaysinin oğlu 1997-ci il təvəllüdlü Ceremi Qaysi yol qəzasının qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Səbail rayon Polis İdarəsindən bildiriblər.
Bildirilir ki, Badamdar şosesində, 129 saylı binanın qarşısında Ceremi Qaysini İran istehsalı olan “Saipa Tiva” markalı avtomobil vurub. Avtomobili Bakı sakini, 1978-ci il təvəllüdlü Zaur Rzayev idarə edirmiş.
Nəticədə səfirliyin birinci katibinin oğlu SOS klinikasına çatdırılıb və burada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.