Neft Daşlarının 4 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus meydançada dekabrın 14-də saat 10 radələrində ölüm faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata əsasən, Simran Məhərrəmov Pirallahı rayonunda İdarəyə məxsus meydançada təmir işləri aparan zaman halı pisləşib və dənizə yıxılaraq suda boğulub.
DİN araşdırmalar aparır.