Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda bəzi prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir
Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, layihəyə əsasən, Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.
Layihə xüsusi proqram təminatında simulyasiya edilib.
Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.
Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- Bakıda mikromobillik infrastrukturunun İNKİŞAFI: Yeni addımlar və GƏLƏCƏK PERSPEKTİVLƏR
- Taksi sürücüləri "qiymətlər aşağıdır", vətəndaşlar isə "yuxarıdır" deyirlər - Bəs AYNA?
- Nəqliyyatın artımının qarşısı alınacaq: Mikromobillik vasitələrinin əhəmiyyəti
- Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Rəylər