Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda binalara penoplast üzlük çəkənlər cəzalandırılacaq
Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub. Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib.
Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib:
“Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.
Ə.Həsənov deyib ki, prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.
Prezidentin köməkçisi onu da bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.
Mövzuya aid xəbərlər
- Bakıda dəhşətli yanğın: 14 nəfər ölü – FOTO + VİDEO + YENİLƏNİB
- Avropa İttifaqının Baş katibi Bakıdakı yanğından yazdı
- FHN-dən Bakıda baş vermiş dəhşətli yanğınla bağlı – MƏLUMAT
- Azadlıq prospektində baş vermiş yanğınla əlaqədar sürücülərə xəbərdarlıq
- Bakıda hündürmərtəbəli bina yanıb kül oldu – FOTO + VİDEO + YENİLƏNİB
Rəylər