Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələri açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:
- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 11/18 ünvanında fəaliyyət göstərən “Dönərzadə”;
- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 11 ünvanında fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 126C, 8-ci km ünvanında fəaliyyət göstərən “Manqal Afiyət Dönər”;
- Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 155 ünvanında fəaliyyət göstərən “Line Lahmacun”;
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 264A ünvanında fəaliyyət göstərən “Hicaz Dönər”;
- Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 134 ünvanında fəaliyyət göstərən “Manqal Dönər”.
Yoxlama zamanı qida blokunda çalışan işçilərdən, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” bakteriyaları aşkarlanıb.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi qənd məhsullarında nöqsanlar aşkarlandı
- Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
- Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- AQTA Bakıda restoranın fəaliyyətini məhdudlaşdırdı
Rəylər