29-30 may tarixlərində “Şərqin Parisi” kimi tanınan Bakıda fransız qastronomiya festivalı keçiriləcək.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, festivalın açılışı münasibətilə “Alov qüllələri”ndə yerləşən “Fairmont Baku” otelində tədbir olacaq.
Tədbirə Anna Zaytsevanın təşkil etdiyi kokteyl qəbulu və terrasda otelin baş direktoru Adrian Ellisin nitqi daxildir. Daha sonra baş aşpaz Jan Lyuk Amann 2 Mişelin ulduzlu həmkarı ilə fransız qastronomiyasından master-klass keçirəcək. Gecə Azərbaycan-Fransa mətbəxinə həsr edilmiş naharla başa çatacaq.