Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda böyük söküntü: Ərazidə park salınacağı üçün sakinlərə PUL VERİLƏCƏK
Bakının Yasamal rayonu ərazisində yeni söküntü işləri həyata keçiriləcək. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.
Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.
Artıq adıçəkilən küçələrdə yaşayış fondunun inventarizasiyası aparılır. Bu proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib.
İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət təşkilatlarında yoxlamalar zamanı 13 milyon manatdan artıq əsassız ödənişlər aşkar edilib
- Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı
- ABŞ-də maliyyə maxinasiyalarına cəlb edilən media vasitələrinin SİYAHISI AÇIQLANIR
- Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları
- Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb