Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev: "Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır"
"İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Otuz ilin işğalının arxada qaldığını bildirən dövlətimizin başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu, nəticələrin də göz qabağında olduğunu vurğulayıb.
"Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik", - deyə Prezident qeyd edib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qambiya prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
- Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib
- İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
- İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib
- "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışı olub